8 dəniz qulduru öldürüldü
Cənubi Koreyanın hərbi-dəniz qüvvələri yanvarın 15-də Somali dəniz quldurlarının Hind okeanında ələ keçirdikləri “Samho Jewelry” yük gəmisinin və gəmi heyətinin azad edilməsi üçün əməliyyat keçirib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, əməliyyat Somali sahillərindən 1 300 kilometr şimal-şərqdə keçirilib.
8 dəniz qulduru öldürülüb, quldurların girov saxladıqları gəmi heyəti azad edilib. 21 heyət üzvündən yalnız kapitan qarnından güllə yarası alıb. Onun vəziyyəti ağırdır.
Qeyd edək ki, kimyəvi maddə daşıyan “Samho Jewelry” yük gəmisi Norveç şirkətinə məxsus olsa da, Cənubi Koreyanın “Samho” şirkəti tərəfindən icarəyə götürülüb. Heyət üzvlərinin 8-i Cənubi Koreya, 2-i İndoneziya, 11-i Myanma vətəndaşıdır.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36