“Hizbullah” Beyruta hücuma hazırlaşır
Livanda müharibə ab-havası yaşanır. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, paytaxt Beyruta hərbi qüvvələr, ağır texnika cəmləşdirilir.
Livan ordusunun rəhbərliyində yer alan şəxslərdən biri deyib ki, “Hizbullah” Hərəkatının silahlılarının paytaxt Beyrutu ələ keçirmək üçün hazırladığı planın qarşısının alınması ilə bağlı tədbir görürlər.
Qeyd edək ki, 2 gün əvvəl “Hizbullah” silahlıları hərbi təlim keçiriblər. Küveytin “Ar-Rai” qəzeti yazıb ki, silahlıların Sidon şəhərində keçirdikləri təlim Beyrut və ətraf qəsəbələrin ələ keçirilməsinə hazırlıqla bağlı olub.
Bu hadisələr BMT Tribunalının Livanın sabiq baş naziri Rafiq Həririnin ölümü ilə bağlı aparılan təhqiqatın ilkin nəticələrinin açıqlanması ərəfəsinə təsadüf edir. BMT Tribunalının Rafiq Hərinin ölümündə “Hizbullah” ı günahlandıracağı gözlənilir. Ötən həftə “Hizbullah” nazirlərinin istefa verməsi nəticəsində Livanda yaranan hökumət böhranı da bununla bağlıdır.

Oxşar yazılar

Özbəkistanda zəlzələ oldu
6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı
6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49