Tehran Ümumdünya İslam Sammitini boykot edir
19 yanvar 2011 13:16 (UTC +04:00)

Tehran Ümumdünya İslam Sammitini boykot edir

İran islam dövlətlərinin parlament rəhbərlərinin yanvarın 18-də Əbu-Dabidə başlayan sammitinə qatılmayacağını bəyan edib.


Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü ilə sammitdə islam dövlətləri arasında yaranan mübahisələri həll etmək üçün parlamentlərarası xüsusi komitənin yaradılması, eyni zamanda Sudandakı referendum və müsəlman dövlətlərində xristian azlıqların qorunması məsələsi müzakirə olunacaq.


İran parlamentinin müdafiə və xarici siyasət komitəsinin üzvü Kazem Calali deyib ki, Tehran qeyri-leqal forumda iştirak etməyəcək. İranı qəzəbləndirən islam dövlətləri arasında yaranan mübahisələri həll etmək üçün parlamentlərarası xüsusi komitənin yaradılması məsələsinin müzakirəyə çıxarılmasıdır. Müsəlman dövlətləri arasında hazırda 200-ə qədər mübahisəli məsələ var. İran özü də 1971-ci ildə o vaxta qədər Birləşmiş Ərəb Əmirliklərinə məxsus olmuş Abu Mussa və Tunbs adalarını işğal edib. Kazem Calali iddia edib ki, bu sammitdə qəbul olуnacaq qərarlar islam birliyinə yönələcək və yerinə yetirilməyəcək: “Təəssüf ki, bəzi ərəb dövlətləri marginal və kiçik əhəmiyyət daşıyan problemlərlə bağlı planı gündəliyə gətirmək istəyir. Biz bu plana ABŞ, Böyük Britaniya və İsrailin yaramaz, cinayətkar düşüncəsi kimi baxırıq”.


Sammitdə Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinə rəhbərlik edən Yusey əl-Neyami isə bəyan edib ki, İranın qərarından və bəyanatlarından məyusdurlar və qəzəbləniblər. Onun sözlərinə görə, bu komitə müsəlmanların problemlərini xarici müdaxilə olmadan həll etməyi bacarmaları üçün yaradılır: “Bu komitə Abu Mussa və Tunbs adalarının qanuni sahibinə qaytarmaq üçün yaradılmır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49