“Sən Barak, mən baraklı...”
Qırğızıstanın Özbəkistan ərazisində yerləşən Barak anklavının sakinləri yardım üçün ABŞ prezidenti Barak Obamaya müraciət ediblər. Lent.az-ın “AKİpress” agentliyinə istinadən verdiyi məlumata görə, onlar öz müraciətlərini anklavın adının ABŞ prezidentinin adı ilə üst-üstə düşməsi ilə izah ediblər.
Bu təşəbbüs barədə qırğız deputat Baktıbəy Kalmamatov məlumat verib. O deyib ki, Barak anklavının sakinləri onlara torpaq sahələrinin ayrılmasının çətinləşməsindən şikayətləniblər. Baktıbəy Kalmamatov sakinlərin Barak Obamadan konkret nə xahiş etdiklərinə aydınlıq gətirməyib.
Baktıbəy Kalmamatov onu da bildirib ki, Barak Obama sakinlərin məktubunu alıb, hətta məktuba cavab da verib. ABŞ prezidenti anklav sakinlərinə maliyyə yardımı vəd edib. Artıq xəstəxana məktəb və uşaq bağçasının tikilməsi üçün xüsusi fond da yaradılıb. Baktıbəy Kalmamatov qeyd edib ki, Qırğızıstan vətəndaşlarının başqa bir ölkənin prezidentinə yardım üçün müraciət etmələri ayıbdır.

Oxşar yazılar

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42