Çəkilişə gedən jurnalist atasının meyitini tapıb...
14 yanvar 2011 15:44 (UTC +04:00)

Çəkilişə gedən jurnalist atasının meyitini tapıb...

Lent.az-ın “İl Mattino” qəzetinə istinadən verdiyi məlumata görə, dramatik olay Neapol yaxınlığındakı San-Corco-a-Kremana şəhərciyində baş verib.

Yanvarın 13-də motosikletdə olan 2 tapançalı şəxs sağlamlıq mərkəzinin sahibi olan 56 yaşlı Luici Formikolu güllələyiblər. Güllələnən şəxsin mafiya ilə əlaqəsinin olduğu güman edilir. Çünki Luici Formikol 2000-ci ildə şantajla bağlı məhkəməyə düşüb.

Avtoservis sahibi olan 57 yaşlı Vinçentso Liquori təsadüfən bu hadisənin görüb və qatillər şahid olmaması üçün onu da öldürüblər. Polisin araşdırması zamanı məlum olub ki, qatilləri Luici Formikolu güllələyəndən yarım dəqiqə sonra hadisənin təsadüfi şahidi olmuş Vinçentso Liquorini də güllələyiblər.

İki nəfərin qətlə yetirilməsi xəbəri Neapolda işıq üzü görən “İl Mattino” qəzetinin də redaksiyasına daxil olub və növbətçi redaktoru kriminal xronika şöbəsinin müxbiri Meri Liquorini hadisə yerinə göndərib. Həmin vaxt redaksiyada öldürülən şəxslərin soyadları olmayıb. Lakin jurnalist hadisə yerinə göndəriləndən sonra məlum olub ki, öldürülənlər arasında Liquori soyadlı şəxs də var və hadisənin baş verdiyi San-Corcio-Vekkya küçəsində jurnalistin atasının avtoservisi var. Meri Liquori redaksiya tərəfindən geri çağırılmaq istənilsə də, artıq gec olub. Jurnalist hadisə yerində atasının meyiti ilə qarşılaşıb...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar