Rusiyada məşhur nağıla qadağa qoyulub
Rusiyanın uzaq şərq regionunun rəhbərliyi “Zoluşka”nın teatr səhnəsindən yığışdırılmasını istəyir. Region rəhbərliyinin fikrincə, bu tamaşada saat qurşağının dəyişilməsinə üstüörtülü şəkildə etiraz ifadə edilir.
Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, mart ayında prezident Medvedevin göstərişi ilə, Kamçatka ilə Moskva arasında vaxt fərqi 9 saatdan 8 saata endirilib. Başqa sözlə, saat qurşaqlarından biri azaldılıb. Lakin dövlət başçısının bu qərarını insanlar çox da təqdir etməyib.
“Zoluşka” nağılında da kral gözəl qızın məclisdən gec getməsi üçün saatın əqrəbini geri çəkir.
Kamçatkanın keçmiş qubernatorunun dediyinə görə, mart ayından bəri tamaşa 4 dəfə uğurla səhnələşdirilib. Lakin beşinci tamaşaya hakimiyyət nümayəndəsinin dəvət edilməsi işi korlayıb. Yeni qubernator bu tamaşadan bərk qəzəblənib və onun qadağan edib.
Faktı artistlər də təsdiqləyib. Qubernatorluq isə tamaşanın qadağan edilməsi yox, “texniki səbəbdən təxirə salınması barədə” məlumat verməyi tapşırıb.
Görünür, Rusiyanın ucqarlarında hələ də imperiya təfəkkürü hakimdir. Vaxtilə Nəriman Nərimanov “Nadir şah” əsərini çap etmək üçün təqdim edəndə senzor demişdi: “Bunu çap etmək olmaz. Çünki kiçik bir əsərdə xalq 2 hökmdarı devirir”.
Vüqar

Oxşar yazılar

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42