Telman İsmayılov Soçi biznesindən geri çəkildi
0
0
Azərbaycan əsilli iş adamı Telman İsmayılovun rəhbərlik etdiyi AST Şirkətlər Qrupu Soçidə böyük mehmanxana kompleksi tikmək hüququnu Viktor Vekselberqin sahibi olduğu “Renova” holdinqinə güzəştə gedib. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, Telman İsmayılov Soçidə 5 min 500 nömrəsi olan “Dostluq” mehmanxana kompleksi tikmək üçün 24,6 hektar torpaq alıb.
Ayrıca 150 nömrəsi olan beşulduzlu otel üçün 0,98 hektar torpaq da ayrılıb. Hər ki obyektin 2013-cü ilin iyununda istifadəyə verilməsi planlaşdırılırdı. Ancaq baş nazir Vladimir Putin 2010-cu il dekabrın sonunda olimpiya tikliləri ilə bağlı proqrama korrektə edib və bu layihənin investoru “Renova” holdinqinə daxil olan “Top procekt” olub.
Bununla bağlı Soçidəki mehmanxana kompleksindəki otaqların sayı 3 min 600-ə enib. Mütəxəssislər hazırda tikinti üçün 540 milyon dollar, istifadəyə verilməsi üçün 5 il gərək olduğunu bildirirlər.
Layihənin investorlarının dəyişməsi Telman İsmayılovun maliyyə problemləri ilə əlaqələndirilir.