Tunisdə qanlı toqquşmaların miqyası genişlənir
13 yanvar 2011 17:10 (UTC +04:00)

Tunisdə qanlı toqquşmaların miqyası genişlənir

Bir aydır işsizlik, yoxsulluq və korrupsiyaya etiraz nümayişlərinin keçirildiyi Tunisdəki toqquşmalarda ölənlərin sayı 28 nəfərə çatıb.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, komendant saatının tətbiq olunması və küçəyə çıxmağa qadağa qoyulmasına baxmayaraq, paytaxtda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qanlı toqquşmalar davam edir.

Nümayişçilər gecə saatlarında polisə və ətrafdakı binalara hücum edib. Atışmalarda ən azı 4 nəfərin vurularaq öldürüldüyü bildirilir. Müxalifət həftə sonundan bəri ən azı 50 nəfərin öldüyünü bəyan edib. Polis nümayişlərinin qarşısını ala bilmədiyi üçün paytaxta ordu qüvvələri yeridilib. Küçələrdə zirehli hərbi texnikalar gəzir.

Dövlət başçısı Zeynal Abidin Bin Alinin daxili işlər nazirini vəzifədən uzaqlaşdırması həbsdəkilərin azadlığa buraxılması barədə tapşırıq versə də, toqquşmalar ölkə ərazisinə yayılır. Yoxsulluq, korrupsiya və işsizliklə bağlı şüarlar sırasına indi fikir azadlığı, toplanma azadlığı kimi siyasi şüarlar da əlavə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar