Ermənistan sərhədlərində yeni mühafizə sistemi qurur
13 yanvar 2011 12:55 (UTC +04:00)

Ermənistan sərhədlərində yeni mühafizə sistemi qurur

Eyni zamanda rəsmi İrəvan bu il dövlət sərhədinin bütün istiqamətlərini əhatə edən modernləşmə aparacaq. Lent.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan çıxış edib.

Ötən il dövlət sərhədlərinin mühafizəsi üzrə strategiyanın hazırlandığını deyən Baqdasaryan hesab edir ki, bu çərçivədə həyata keçirilən tədbirlər sərhəd təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunmasına imkan verəcək. Xüsusilə də Rusiya ilə əməkdaşlıq çərçivəsində Ermənistanın Türkiyə və İranla dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi burada önəmli yer tutacaq.

Erməni KİV-lərinin Təhlükəsizlik Şurasındakı mənbələrə istinadən verdikləri məlumatlara görə, hazırda İrəvan Gürcüstanla sərhəddə yeni sərhəd infrastrukturlarının yaradılması üzərində işləyir. Əvvəllər bu sərhədin mühafizəsinin də Rusiya sərhəd kontingentinə verilməsi barədə söz-söhbətlər gedib. Lakin 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən sonra İrəvan bu addımla ölkəni blokadaya düşməsindən ehtiyatlanaraq bu fikrindən daşınıb.

Ermənistan 2011-ci ildə də əsas üstünlüyü Azərbaycanla sərhədlərin mühafizəsinə yönəltməyi düşünür. Gürcüstan-Azərbaycan sərhədinin “küncündən” Murovdağa qədər, eləcə də Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədinin yeni mühafizə sistemləri ilə gücləndirilməsi, bu sahədə ordu və sərhəd mühafizəsinin fəaliyyətinin əlaqələndirilməsi, yeni müdafiə sistemlərinin qurulması və sərhədin tədricən ordudan sərhəd mühafizəsinə transformasiyası prosesinə keçilməsi yaxın illərin prioritetlərinə daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar