Məktəbli oğlan və qızlar bir-birinə 45 sm-dən çox yaxınlaşa bilməz
12 yanvar 2011 18:41 (UTC +04:00)

Məktəbli oğlan və qızlar bir-birinə 45 sm-dən çox yaxınlaşa bilməz

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Türkiyədə böyük səs-küy yaradan və lisey önündə etiraz aksiyasının keçirilməsinə yol asan xəbər azyaşlı şagirdlərə istinadən yayılıb.

Xəbərdə bildirilib ki, liseydə, hətta yeməkxanada belə şagirdləri oğlan və qızlar olaraq ayırırlar, qızlarla oğlanların bir-birləri ilə danışmalarına icazə verilmir, məktəbin yataqxanasında oğlanlar və qızların qaldıqları bölümlər dəmir barmaqlıqlarla ayrılıb, yataqxana binasının bir qapısı olmasına baxmayaraq, oğlanlar içəri sağ, qızlar isə sol qapıdan daxil ola bilirlər. Üstəlik, liseydə ud müəllimi olmadığı halda din dərsi ilə bağlı 3 müəllim var. O da iddia olunub ki, qısa ətək geyinən qızlar üçün partaların önünə əlavə taxta vurulub.

Mərsin təhsil şöbəsi bu gün məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, qız və oğlan şagirdlərin bir-birlərinə 45 santimetrdən artıq yaxınlaşmamaları ilə bağlı hər hansı təlimat, göstəriş yoxdur. Qızların oturduqları partaların önünə taxta da vurulmayıb. Qızlar və oğlanlar da hazırda bir yeməkxanada nahar edirlər. Liseydə qızlarla oğlanların qaldıqları yataqxanaların dəmir barmaqlıqlarla ayrılması da təkzib olunub. Liseydə din dərsləri ilə bağlı da 3 müəllimin deyil, yalnız 1 müəllimin olduğu qeyd edilib.
Bununla belə, təhsil şöbəsi məsələ ilə bağlı araşdırma başlandığını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar