Ərdoğan və Merkel “atışdı”
12 yanvar 2011 17:08 (UTC +04:00)

Ərdoğan və Merkel “atışdı”

Lent.az-ın ‘trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdaoğan deyib ki, Angela Merkel hər halda Kipr məsələsinin öz baş nazirliyi dövründə davam edən bir problem olduğunu zənn edir və bu məsələnin keçmişini bilmir.

O qeyd edib ki, Cənubi Kipri Avropa Birliyinə üzv qəbul etməyin səhv bir addım olduğunu da bir zamanlar Angela Merkel özü söyləyib: “Angela Merkelin baş nazir olmazdan əvvəlki dövrlərdə də Kipr probleminin necə olduğunu araşdırması lazımdır”.

Qeyd edək ki, Almaniyanın baş naziri Angela Merkel bu gün səfərdə olduğu Cənubi Kiprdə yunan lideri Dmitris Xristofyasla görüşdən sonra keçirilən birgə mətbuat konfransında problemin həll olunmamasına görə Türkiyəni və Kipr türklərini günahlandırıb. O iddia edib ki, Cənubi Kipr adadakı problemin həll üçün əlindən gələni edib, amma türk tərəfi buna qarşılıq verməyib.

Türkiyənin Avropa Birliyinə üzvlüyünə gəlincə, Angea Merkel vurğulayıb ki, Berlin Ankaranın üzvlüyünü dəstəkləyir, amma bunun üçün qarşı tərəf öhdəliklərini yerinə yetirməlidir.
Dmitris Xristofyas isə Türkiyənin Avropa Birliyinə üzv olması üçün bu ölkənin limanlarının Cənubi Kiprə açılmasını nəzərdə tutan Ankara protokolunun imzalanmalı olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar