“Dokor Frankenşteyn” yaxalandı
İnterpol tərəfindən axtarılan və insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan beynəlxalq cinayətkar şəbəkənin Türkiyədəki əsas nümayəndəsi olmaqda təqsirləndirilən “Doktor Frankenşteyn” ləqəbli professor Yusuf Erçin Sönmez İstanbulda bir villada yaxalanıb.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Yusuf Erçin Sönmez ilk ifadəsində İstanbuldakı ailəsi üçün darıxdığını və onları görmək üçün Kosovadan Türkiyəyə gəldiyini söyləyib.
Qeyd edək ki, Türkiyədə qeyri-qanuni orqan köçürməsi ilə məşğul olduğu üçün “Doktor Frankenşteyn” kimi məşhurlaşan Yusuf Erçin Sönmez Kosovada qeyri-qanuni şəkildə orqan transplantasiyası həyata keçirdiyi və insanlardan pulla aldığı orqanları daha böyük məbləğdə pul müqabilində xarici ölkələrə satdığı üçün İnterpol tərəfindən axtarılır.
İstanbul Məhkəməsi Yusuf Erçin Sönmezin Kosovaya ekstradisiya edilib-edilməyəcəyi barədə qərar verəcək.

Oxşar yazılar

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33