Moskvada yeni toqquşmalar gözlənilir
11 yanvar 2011 18:51 (UTC +04:00)

Moskvada yeni toqquşmalar gözlənilir

Manej meydanındakı çaxnaşmaların iştirakçıları “11 dekabr” hərəkatının yaradıldığını bəyan ediblər. Lent.az-ın məlumatına görə, qurumun “Canlı jurnal”da yer alan açıqlamasında hər ayın 11-də küçə aksiyalarının təşkili vəd olunub və müxtəlif tələblər irəli sürülüb.

Hərəkat üzvləri bu gün yerli vaxtla ilə saat 20:00-da bir araya gələcəklər. Aksiya “ümumxalq yığıncağı” adlanır. Hərəkat üzvləri 19:50-dən etibarən “Oxotnıy ryad” metro stansiyasında toplaşaraq Manej meydanına doğru hərəkət edəcəklər. Aksiyaçılar gəzmək, rus mahnıları oxumaq və müxtəlif şüarlar səsləndirmək fikrindədirlər. Bu şüarlar arasına yenidən “Rusiya ruslar üçün” şüarı olacaq.

Hərəkatın tələbləri sırasında Baş Təhqiqat İdarəsinin sabiq polkovniki Vladimir Kvaçkovun azad edilməsi, gəlmələrə münasibətdə qanunvericiliyin sərtləşdirilməsi Moskva Baş Daxili İşlər İdarəsinin rəsmi nümayəndəsi Viktor Biryukovun məsuliyyətə cəlb olunması da var. Onlar Biryukovu Kiyev vağzalında təxribatçılara havadarlıq etməkdə ittiham edirlər.

Qeyd edək ki, milis artıq Manej meydanını tam mühasirəyə alıb və əraziyə heç kimi buraxmır. Ümumilikdə Manej meydanı ətrafına 50 avtobus milis əməkdaşı cəlb edilib. Ətraf küçələr isə “OMON”un nəzarəti altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar