İt və pişiklərin varislik hüququ qanuniləşdi
08 yanvar 2011 21:19 (UTC +04:00)

İt və pişiklərin varislik hüququ qanuniləşdi

ABŞ-ın Massaçustes ştatının qubernatoru Deval Patrik it və pişiklərin sahiblərinin varisləri sırasında olması ilə bağlı ştatın qanunverici orqanı tərəfindən təqdim olunan qanun layihəsinə imza atıb. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, əgər şəxs vəsiyyətində it və pişiklərinə miras ayırırsa, bu halda bu hüquq təmin olunacaq.

Sahibkar it və pişiklərinin qəyyumunu da açıqlaya bilər. Qəyyum mirası ev heyvanlarının saxlanılması istiqamətində xərcləmək hüququna malikdir.

Qeyd edək ki, bu vaxta qədər ABŞ-da belə məsələlər məhkəmə yolu ilə çözülməyə çalışılıb. Məsələn, 2007-ci ildə milyarder Leon Xelms Trabl adlı sevimli itinə 13 milyon dollar miras qoyub. Milyarderin iki varisi məhkəməyə müraciət edib və itə ayrılan mirasın miqdarı 2 milyon dollara qədər azaldılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar