Əhmədinejadın “Peugeot 504”-nu ərəb sürəcək
İslam Respublikası xeyriyyə təşkilatının başçısı Əhməd İsfəndiyari deyib ki, 1977-ci il buraxılışı olan “Peugeot 504” markalı minik avtomobili İnternet hərracda bir milyon dollara satılıb. Lent.az-ın məlumatına görə, hərracda ərəb dövlətlərindən birinin vətəndaşı qalib gəlib. Amma hələlik nə qalibin, nə də onun yaşadığı dövlətin adı açıqlanmır.
Bu pula “60 min evsiz qadına” ev tikiləcək. Xatırladaq ki, bu haqda ölkənin sosial müdafiə naziri Sadiq Məhsuli bir müddət öncə yerli mətbuata məlumat vermişdi. Əhmədinejad bu qərarını ölkədəki xeyriyyəçilərin konfransında açıqlamışdı. Dövlət başçısı bildirmişdi ki, avtomobilin pulunu xeyriyyə məqsədi ilə yaşayış evlərinin tikintisinə xərcləyəcək. Bu konfransdan bir gün öncə mənzil-tikinti proqramı çərçivəsində az təminatlı ailələrin mənzil probleminin həllinə həsr edilmiş toplantı keçirilmişdi.
“Əhmədinejad bu addımı az təminatlı ailələrə yardım məqsədi ilə atıb. Hazırda avtomobil beynəlxalq hərraca çıxarılıb və yaxın zamanda onun qiyməti açıqlanacaq” - deyə, nazir söyləmişdi.
İran prezidenti bu addımı ilə cəmiyyətdə hakimiyyətin itməkdə olan nüfuzunu bərpa etməyə səy göstərir. Çünki gündəlik tələbat mallarının bahalaşması qarşılığında ölkə iqtidarı adi insanların da etimadını itirməkdədir. Əhmədinejad bu davranışı ilə “xoş məramlı”, “xeyriyyəçi”, “ədalətli” olduğunu göstərmək niyyətindədir. Amma ətin, çörəyin, yanacağın bahalaşması qarşılığında avtomobilin hərracı çox ucuz və bayağı görünməkdədir.
Sədrəddin Soltan

Oxşar yazılar

Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19