Bir qələbənin təşəkkür öpüşü... – HƏYAT HEKAYƏTİ
O, Kosta Rikanın ilk qadın prezidentidir.
O, Latın Amerikasının tarixində beşinci qadın prezident kimi adını tarixə yazıb.
Tərcümədə “zəngin, varlı sahil” adlanan Kosta Rikanın prezidenti Laura Çinçilla Miranda (Laura Chinchilla Miranda) 1959-cu ilin 28 martında Kosta Rikanın paytaxtı San Xosenin fəhlə vilayəti sayılan Desam Paradosda anadan olub. O, Rafael Angel Chinchilla Fallas ilə Emilce Miranda Castillonun dörd uşağından ən böyüyü və yeganə qız övladı idi. Laura, ölkənin siyasi həyatını yaxından təftiş edən atasını izləyərək böyüyür.
Onun ölkəsi Mərkəzi Amerikanın ən kiçik ölkələrindən biridir. Nikaraqua və Panama Respublikaları ilə həmsərhəd olan Kosta Rika sahillərini güney və qərbdə Sakit Okean, şərqdə isə Karib Dənizi yuyur. Kosta Rika dünyada ilk ölkədir ki, 1949-cu ildən, yəni vətəndaş müharibəsindən sonra ordunu ləğv edib.
O, Kosta Rika Universitetini bitirdikdən sonra ABŞ-ın Corctaun Universitetində inzibati idarəetmə üzrə magistr dərəcəsi alır. 1982-ci ildə Mario Alberto Madrigal Diazla ailə həyatı qursa da, cütlük 1985-ci ildə yollarını ayırırlar. O, təkrar 2000-ci ildə Jose Maria Rico Cueto ilə ailə həyatı qurur və bir oğulları var.
Siyasi karyerasına 1990-cı illərdə başlayan Laura Çinçilla həmin illərdə müxtəlif beynəlxalq hüquq təşkilatlarında institusional islahatlar sahəsində məsləhətçi kimi çalışır. Onun fəaliyyətində məhkəmə hüququ və dövlət təhlükəsizliyi sahəsində islahatlar xüsusi yer tuturdu. Həmin zamanlar o, müxtəlif beynəlxalq proqramlarda, o cümlədən BMT-nin
proqramlarında iştirak edirdi. Laura Çinçillanın fəaliyyətində vacib istiqamətlərdən biri Latın Amerikası ölkələrində, o cümlədən Kosta Rikada polis sisteminin islahatları oldu. Onun məhkəmə hüququ, ictimai təhlükəsizlik və polisdə islahatlarla bağlı çoxlu məqalələri, monoqrafiyaları da var.
1994-cü ildə O, Xose Maria Fiqueres Olsen administrasiyası dövründə ictimai təhlükəsizlik nazirinin müavini vəzifəsini tutur. 1996-cı ildə isə ictimai təhlükəsizlik naziri təyin olunur və 1998-ci ilə kimi bu sahədə çalışır. 2002-ci ildən Milli Assambleyada San Xose əyalətini təmsil edərək, 2006-cı ilə qədər parlamentdə aktiv fəaliyyət göstərir.
O, Kosta Rikanın ünlü prezidenti, Nobel mükafatı laureatı Oskar Ariyasın hakimiyyəti dövründə vitse-prezident və ədliyyə naziri olub. Laura Çinçilla Prezidentin yaxın silahdaşlarından hesab olunurdu.
Uşağını döymə, cəzalanarsan!
Onun nazirliyi dövründə Kosta Rika hakimiyyəti valideynlərə uşaqları fiziki yolla cəzalandırmağı qadağan edən qanun qəbul etdi. Qanunu şərh edərkən vitse-prezident Laura Çinçilla deyirdi: «Qanun valideynləri uşaqlarını fiziki cəzalandırma yolu ilə deyil, sevgi və qayğı ilə tərbiyə etməyə məcbur etməyə yönəlib». Qanun təkcə valideynləri deyil, məktəbəqədər müəssisələrdə, məktəblərdə müəllim və tərbiyəçiləri də nəzərdə tuturdu. Qanuna görə, uşaqlar valideynlərindən Uşaq Milli Düşərgəsinə şikayət edə bilərdi. Həmin təşkilata bu cür qanun pozuntularını araşdırmaq tapşırığı verilmişdi. Qanunu pozan ailəni böyük cərimələr gözləyir. Qanunun qəbul olunmasında ölkənin hüquq müdafiəçiləri böyük rol oynamışdılar. Ölkədə uşaqların 65%-nin valideynləri tərəfindən fiziki güc tətbiqinə məruz qaldığını vurğulayan hüquq müdafiəçiləri, 5 il ərzində qanunvericiləri bu birmənalı qəbul edilməyən qanunun vacibliyinə inandıra bilmişdilər. Qanunun qəbul edilməsində Laura Çinçillanın müstəsna rolu var idi!
İstefa və ...hazırlıq
O, 2008-ci ildə Oskar Ariyasın administrasiyasından istefa verərək, 2010-cu il seçkilərinə hazırlaşmağa başladı. Prezidentlə eyni partiyada təmsil olunan Laura Çinçillanın namizədliyini prezident Oskar Arias da dəstəkləyirdi. Laura Çinçilla 2009-cu ilin iyununda Milli Azadlıq Partiyasının ilkin seçkilərində 15% səs fərqi ilə rəqibini geridə qoyaraq, prezidentliyə namizədliyini irəli sürdü.
Laura Çinçillanın Milli Azaqlıq Partiyası “daha yaxşı dünya üçün irəliləyən siyasət” adı altında fəaliyyət göstərən Beynəlxalq Sosialist Təşkilatının üzvüdür.
Mənəviyyatlı siyasətçi
2009-cu ilin noyabrında Laura Çinçilla kilsə liderləri ilə birgə “Həyat və Ailə üçün yürüş”ü dəstəkləyərək, yenicə qəbul olunmuş abortun qanuniləşdirilməsi və eynicinsli nikah haqda qanunlara qarşı çıxırdılar. Çünki Laura Çinçilla özü də abortun və eynicinsli nikahların əleyhdarlarından biridir. Bu hərəkat, yürüş bir çox Kosta Rikalı hüquq müdafiəçiləri arasında narazılığa səbəb olsa da Çinçilla bu yürüşün heç bir qrupa qarşı yönəlmədiyini bildirdi.
Dünyəvi, amma dindar...
O, Kosta Rika Konstitusiyasında kilsə və hökumətin ayrılmasını təmin edəcək hər hansı bir əlavə və dəyişikliyin edilməsinə qarşı çıxır. Hazırkı Konstitusiyaya əsasan Kosta Rika katolik dövlətdir. Bu məsələdə onun mövqeyi ölkədə dünyəviliyi dəstəkləyən keçmiş prezident Oskar Ariasın əksinədir. Onların bir çox məsələlərdə baxışları üst-üstə düşsə də bu məsələdə fikirləri ziddiyyət təşkil edirdi…
Səs verən də gəlsin, səs verməyən də
Laura Çinçilla 7 fevral 2010-cu ildə keçirilən prezident seçkilərində hakim partiyanın namizədi kimi qalib gəlir. Kosta Rika Milli Azadlıq Partiyasından namizədliyi irəli sürülən xanım Çinçilla, səslərin 46.7%-ni toplayaraq, prezident postuna yüksəldir. Mətbuat yazır ki, Laura Çinçilla heç zaman prezident olmağı və ilk qadın prezident kimi Kosta Rika tarixinə düşməyi arzulamayıb. Amma oldu! 2010-cu ildən başlayaraq o 4 il dövlətin başçısı olacaq. Minlərlə tərəfdarının toplaşdığı qələbə mitinqində çıxışı zamanı Laura Çinçilla Kosta Rikalıların ona olan etimadını itirməmək üçün əlindən gələni edəcəyini açıqladı.
Onu seçməklə ölkə vətəndaşları Prezident Oskar Ariasın kursunun davam etməsini dəstəkləyiblər. 50 yaşlı Laura Çinçilla prezident Oskar Ariasın davamçısı kimi qəbul edilir. Qeyd edək ki, Oskar Arias özü onun namizədliyini irəli sürüb.
«Mənim administrasiyamın qapısı Kosta Rikanın bütün vətəndaşlarına açıqdır. Bu o deməkdir ki, biz bizi seçkilərdə dəstəkləməyənlərin səslərini diqqətlə dinləyəcəyik. Biz onlardan kömək və əməkdaşlıq xahiş edirik» - o, qələbə münasibəti ilə təşkil edilən mitinqdə çıxışında belə deyib. Laura Çinçilla xüsusilə ölkəsinin qadınlarına böyük minnətdarlıq edib. Çünki onun hakimiyyətə gəlməsində, qələbəsində qadınların müstəsna rolu olmuşdu: «Mən bütün qadınlara təşəkkür edirəm. Bir neçə il əvvəl Kosta Rika siyasətinin qapılarını zərif cinsin üzünə açan qadınlarımıza təşəkkür edirəm».
Amma onu təkcə qadınlar dəstəkləmirdi. Minlərlə kişi tərəfdarı da onun ölkəyə yaxşı prezident olacağını vurğulayaraq, ona dəstək vermişdilər. Onun qələbəsini minlərlə tərəfdarı San-Xose küçələrində bayram etməklə qeyd etdilər. Qələbə qazanan prezidentin sevinc içərisində həyat yoldaşına təşəkkür öpüşünün şəkli isə nəinki Kosta-Rikanın mətbuat səhifələrində, dünyanın bir çox KİV-də, internet saylarında geniş yayılmışdı.
Prezident kimi xanım Çinçillanın ilk təşəbbüslərindən biri qadınlar üçün həftədə 3 istirahət gününün verilməsi idi. O, həftənin 5-ci gününün də qadınlar üçün istirahət günü kimi verilməsini təmin etdi: «Biz güclüyük, hətta bəzən zəif görünsək də. Biz çox şeyi bacarırıq, biz inadkarıq və heç zaman geri çəkilmirik. Mən Kosta Rikanın ilk qadın prezidenti olaraq qadınlar üçün həftədə 3-cü istirahət günü (ona qədər Kosta Pikada həftədə 2 istirahət günü var idi) verilməsini istəyirəm».
Qadın haqlarının mübarizi kimi o, qadınların hüquq-mühafizə orqanlarında geniş təmsil olunması istiqamətində də addımlar atmağa başladı. Ümumiyyətlə, Kosta Rika da daxil olmaqla, Latın Amerikasının bir çox ölkələrində gender bərabərliyi problemi cəmiyyətlərin və dövlətlərin əsas diqqət mərkəzindədir. Böyük siyasətdə, dövlətin idarə edilməsində qadınların rolu surətlə artmağa başlayıb. Onlar dövlətin ən yüksək postları uğrunda kişilərlə fəal rəqabət aparırlar və uğurlu nəticələr əldə edirlər. Kosta-Rikada məhz bu ölkələrdən biridir. Kosta Rikalılar öz prezidentlərinin təkcə gözəlliyi ilə deyil, ağılı, savadı və gördüyü işlərlə də qürur duyduqlarını deyirlər.
Laura Çinçillanın parlamentdə də böyük iş təcrübəsi olduğu üçün ölkənin bütün siyasi partiyaları ilə dialoq yarada biləcəyi bildirilir. Onun partiyası yeni parlamentdə əksəriyyət təşkil etmədiyi üçün bu çox vacib və önəmlidir.
Qadın rəhbərin ilk addımı: səhiyyə, təhsil...
50 yaşlı Laura Çinçilla özünün 4 illik hakimiyyəti dövründə əhaliyə göstərilən səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılmasına və ictimai təhlükəsizliyin yüksəldilməsinə xüsusi diqqət göstərəcəyini açıqlayıb və bu istiqamətdə verdiyi vədə əməl etməyə başlayıb.
***
Prezidentliyə qədərki fəaliyyəti dövründə Laura Çinçilla həmişə təhlükəsizlik, mütəşəkkil cinayətkarlığa və narkotrafikə qarşı mübarizə sahəsinə böyük diqqət göstərmişdi. O, ölkəsində narkomafiyanın qatı düşməni kimi tanınıb. Bu sahələr prezident kimi də onun prioritetləri arasındadır. Ölkə əhalisinin çoxu təhlükəsizliyi ölkənin daha kəskin problemi hesab edir və prezident onlara bu sahədə durumu yaxşılaşdırmaq üçün bütün qüvvəsini sərf edəcəyini vəd edib. O, deyib ki, narkomafiyaya qarşı mübarizə, xarici yatırım cəlb etməklə iş yerlərinin yaradılması, ekoloji təmiz enerji istehsalı, azad ticarət (siyasəti) onun siyasətinin əsasını təşkil edəcək və fəaliyyətində də vəd etdiyi kimi bu sahələrə böyük diqqət göstərir.
Laura Çinçillanın siyasi platforması Kosta Rikanın artmaqda olan təhlükəsizlik probleminin həlli kimi anti-cinayət qanunvericiliyin vurğulanması idi. Onun həmçinin öncəki hökumətin azad ticarət siyasətini davam etdirməsi gözlənilir.
Laura Çinçillanın əsas diqqət mərkəzində olan mövzulardan biri də dünyanı narahat edən İqlim dəyişikliyi problemləridir. O, bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişlənməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə hər kəsin üzərinə düşən məsuliyyəti dərk edərək yerinə yetirməsinin vacibliyini də önə çəkir.
Yeni nəslin nümayəndəsi
Laura Çinçilla yeni nəsil Kosta Rika peşəkar qadınlarının bir nümayəndəsidir. Kosta Rika prezidentini ölkəsində bu üç sözlə təsvir edirlər: Səmimi! Ciddi! Lider!
Onun fəaliyyəti və keçmişi bu tərifi təsdiqləyir. O, bu yaraşdırmanı haqq edib. Bir dövlət başçısı, özü də bir qadın prezident üçün bu üç sözün deyilməsi, onun siyasi simasının bu sözlərlə ştrixlənməsi diqqətəşayan, təqdirəlayiq bir haldır. Siyasi şərhçilər, analitiklər hesab edir ki, onun fəaliyyəti, xanım prezidentin yalnız əvvəlki hakimiyyətin siyasi varisi olmaqla kifayətlənmək niyyətində olmadığını, sövq-təbii bir istəklə (və qabiliyyətlə!) daha irəli hədəflərə yürümək, zaman-zaman özünəməxsus yeni siyasət şəkilləndirmək olduğunu deməyə əsas verir.
O, artıq adını nəinki ölkəsinin, dünyanın TARİXinə yazmış bir qadındır. İndi əməlləri ilə bir TARİX yazır! Hədəfi isə yazılan TARİXdə müsbət bir qəhrəman kimi, bir LİDER kimi qalmaqdır! O, istəyir ki, Kosta Rikalılar və dünya daim onu isti sözlərlə, müsbət fikirlərlə yad etsinlər, gələcəkdə isə xatırlasınlar... O, bunun üçün yorulmadan çalışır. Üstəlik, ölkəsinin ilk qadın prezidenti kimi onun çox önəmli bir missiyası da var. O, elə çalışmalıdır ki, açdığı cığırla Kosta Rikalı qızların yürüməsinə inam yaratsın. Həm onların özlərində, həm də seçicilərdə… Və gələcəkdə hər kəs onun yerini tutmaq istəyən bir QADIN LİDER haqqında “niyə də olmasın? Laura Çinçilla göstərdi ki, bir qadın ölkə üçün kişidən heç də pis prezident olmadı, əksinə daha yaxşı bir prezident oldu” desin. Maraqlıdır ki, o artıq buna nail olur. Hələ prezidentliyinin yenicə başlamasına baxmayaraq…
Qarşıda isə onu bir LİDER üçün vacib olan illər və sınaqlar gözləyir…

874