Norveçdən Türkiyəyə uçan təyyarədə təşviş
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “üzərimdə bomba var” deyən həmin şəxsi sərnişinlər zərərsizləşdiriblər. Təyyarə “Türk Hava Yolları” şirkətinə məxsus olub. Hava gəmisini ələ keçirmək istəyən üzünə maska taxmış bir türk olub. O, pilot kabinetinə daxil olmağa cəhd göstərib. Sərnişinlər həmin şəxsi zərərsizləşdirdikdən sonra təyyarənin kapitanı məsələ ilə bağlı aeroport xidmətinə məlumat verib. Təyyarə endikdən sonra sərnişinlər evakuasiya edilib, təyyarəni ələ keçirməyə cəhd göstərən şəxs isə həbs olunub.
Terrorçunun üzərindəki bombanın əslində mumdan ibarət olduğu aşkarlanıb. Təyyarəni qaçırmaq istəyən şəxsin adı da artıq məlumdur. Bu, Cuma Yaşardır. Onun əqli pozğunluğunun olduğu bildirilir.
Terrorçunun üzərindəki bombanın əslində mumdan ibarət olduğu aşkarlanıb. Təyyarəni qaçırmaq istəyən şəxsin adı da artıq məlumdur. Bu, Cuma Yaşardır. Onun əqli pozğunluğunun olduğu bildirilir.
490