Qazaxıstanda temperatur mənfi 45 dərəcəyə düşəcək!
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bununla bağlı əhaliyə xəbərdarlıq edib.
Xəbərdarlıqda qeyd olunub ki, xüsusən ölkənin şərqində və şimalında havanın temperaturu mənfi 45 dərəcəyə qədər soyuyacaq. Fövqəladə Hallar Nazirliyi əhalini ehtiyac olmadığı halda çölə çıxmamağa çağırıb.
Hazırda Qazaxıstanda orta temperatur mənfi 30 dərəcədir. Aşağı temperatur və güclü külək nəqliyyatın işinə mənfi təsir göstərməkdədir. Nazirlik Qərbi Qazaxıstanda və Qızılordada qar fırtınası gözləndiyini də açıqlayıb.
Sərt soyuqlar Hindistanda da həyatı iflic duruma salıb. Soyuqların daha çox təsirinə məruz qalan Uttar Paradeş əyalətində 1 gecədə 5 nəfər donaraq ölüb və bu əyalətdə soyuqdan ölənlərin sayı 41-ə çatıb. Paytaxt Yeni Dehlidə isə 10 nəfər həyatını itirib. Soyuqlar səbəbindən Hindistan paytaxtında məktəblərdə 1 həftə tətil elan edilib.

Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28