İran müdafiə nazirinin müavini İsrail həbsxanasında ölüb
30 dekabr 2010 15:08 (UTC +04:00)

İran müdafiə nazirinin müavini İsrail həbsxanasında ölüb

İran müdafiə nazirinin müavini, 2006-cı il dekabrın 9-da İstanbulda oğurlanmış general Əli Reza Aşqarinin bir neçə gün əvvəl İsrail həbsxanalarının birində öldüyü üzə çıxıb. Lent.az-ın verdiyi məlumata görə, bu barədə bir sıra ərəbdilli mətbu orqanlar yazıb, “Tehran Times” qəzeti də Əli Reza Aşqarinin İsrailin Ayalon həbsxanasında vəfat etdiyini təsdiqləyən xəbər yayıb.


Qeyd edək ki, Qərb mətbuatı Əli Reza Aşqarinin amerikalılara tərəfə keçdiyini və Mərkəzi Kəşfiyyat İdarəsi üçün çalışdığını yazıb. İran hakimiyyəti isə hesab edir ki, generalı Qərb xüsusi xidmət orqanları oğurlayıb. İndi rəsmi Tehran əmindir ki, generala İsrail həbsxanasında işgəncə verilib.


Əli Reza Aşqarinin ölümü ilə bağlı İran müdafiə nazirinin müavini Məhəmməd Şaybani xüsusi bəyanatla çıxış edib. O, Əli Reza Aşqarinin ölümündən çox kədərləndiyini bildirib və beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları generalın ölümü ilə bağlı araşdırma aparmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar