“O halda qızların bəkarəti pozular...”
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, keçən həftə ölkədə şişman qızların sayının sürətlə artmasından şikayətlənən kral Abdullanın qızı, şahzadə Adilə məktəblərdə oğlan şagirdlərlə bərabər, qız şagirdlərə də bədən tərbiyəsi məşğələləri keçirilməsini istəyib.
Şahzadə Adilə deyib ki, Səudiyyə Ərəbistanında qız şagirdlər arasında şişmanlıq 51 faizdir, sümük əriməsi isə 67 faiz artıb. O, qız şagirdlərin idman etməsinin mühüm şərt olduğunu vurğulayıb.
Təhsil Nazirliyində qızların təhsilinə məsul olan nazir müavini Nur əl Fayez da kral qızının tövsiyəsindən sonra hərəkətə keçib. Bu arada Məkkə valisi, şahzadə Halid əl Faysal da bir məktəbi ziyarət edən zaman ona 8 yaşlı bir qız yaxınlaşıb və oğlan uşaqları kimi idman etmək istədiyini söyləyib. Şahzadə Halid əl Faysal da ona istəyinin tezliklə yerinə yetəcəyini bildirib.
Ancaq Səudiyyə Ərəbistanında nüfuzlu din xadimi Şeyx Abdul Kərim əl Kudeyrin rəhbərlik etdiyi radikal imamlar qız uşaqlarının idman etməsinə qarşı çıxıb. Onların arqumenti budur ki, bakirə qızlar idman zamanı bəkarətlərini itirərlər və bunu gələcəkdə ərlərinə izah edə bilməzlər. Şeyx Abdul Kərim əl Kudeyr deyib ki, ən yaxşısı budur, qızlar evlərində otursun.
Bu mübarizədə radikal imamlar qalib çıxıb, kral Abdulla onların arqumenti ilə razılaşıb. Təhsil Nazirliyi də qazlara məktəblərdə idman məşğələlərinin keçirilməsinin qəti olaraq, qadağan edildiyi barədə bir açıqlama yayıb.

860