Liberman böhranı
İsrailin baş naziri Binyamin Netanyahunun radikal sağçı xarici işlər naziri Aviqdor Libermanın Türkiyə ilə bağlı sözlərindən ciddi şəkildə narahat olduğu, ancaq koalisiyanın dağılması riskinə görə çəkindiyini bildirilib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, İsrail mətbuatı yazıb ki, hökumətlə yer alan Əmək Partiyasından olan nazirlər Türkiyənin Mavi Mərmərə gəmisinə basqınla bağlı üzr tələbini “tərbiyəsizlik” kimi dəyərləndirən, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu haqqında həqarət dərəcəsinə çatan ifadələr işlədən Aviqdor Libermanın cəzalandırılmasını istəyiblər.
Sənaye və ticarət naziri Bünyamin Ben Eliezer Aviqdor Libermanın açıqlamalarının dəlicəsinə olduğunu, onun nazir vəzifəsinə gəldikdən bəri İsrailə zərər verdiyini, Binyamin Netanyahunun Aviqdor Liberman problemini həll etməsinin vacib olduğunu söyləyib.
Müxalifətdəki Kadima Partiyasının lideri Tzipi Livne isə deyib ki, Binyamin Netanyahu Aviqdor Libermanın öz adından danışdığını deyə bilməz. O, baş nazirin xarici işlər nazirinə görə məsuliyyət daşıdığını vurğulayıb.
İsraildəki diplomatik mənbələr baş nazirin Aviqdor Libermanı vəzifədən uzaqlaşdırmaq haqda tələbləri qəbul etmədiyini, ancaq nazirin sözlərindən ciddi şəkildə narahat olduğunu bildiriblər. Binyamin Netanyahuya yaxın mənbələr qeyd edirlər ki, baş nazir Aviqdor Libermanın açıqlamalarının heç bir şeyə xidmət etmədiyini düşünür, ancaq koalisiya məsələsi var.
İsrail mətbuatında yer alan başqa bir iddiaya görə isə Binyamin Netanyahunun Aviqdor Libermana qarşı heç bir addım atmamasının əsl səbəbi prokurorluğun Aviqdor Libermanla bağlı korrupsiya ittihamı ilə cinayət işi başlatmağa hazırlaşmasıdır.
Binyamin Netanyahunun bu cinayət işi vasitəsilə Aviqdor Libermandan qurtulmağı planlaşdırdığı iddia edilir. Məlumata görə, Aviqdor Libermanla bağlı çirkli pulların yuyulması, etimaddan sui-istifadə və korrupsiya ittihamları ilə bağlı akt hazırlanıb və gələn həftə baş prokurorluğa göndəriləcək

658