Ərəbistanın böyük müftisi “əl-Qaidə”ni “kişi olmağa” çağırdı
Səudiyyə Ərəbistanının böyük müftisi Şeyx əl-Şeyx “əl-Qaidə” terror təşkilatının terror aktları törətmək üçün kişi üzvlərinə qadın paltarı geyindirməsinə sərt reaksiya verib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Şeyx əl-Şeyx deyib ki, “əl-Qaidə”nin terror aktları törətmək üçün qadın paltarından bir element kimi istifadə etməsi şərəfsizlikdir və müsəlmanların ləyaqətini alçaldır.
Böyük müfti bəyan edib ki, belə davranış açıq-aşkar günahdır, mənəvi korrupsiya və qadınların istismarı deməkdir.
Qeyd edək ki, dekabrın 24-də Səudiyyə Ərəbistanının polisi qadın paltarı geyinmiş terrorçu Məhəmməd əl-Bağdadini güllələyib. Böyük müftinin bəyanatı da bu baxımdan təsadüfi sayılmır.

Oxşar yazılar
Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55