“Çerkizov” bazarı bərpa oluna bilər
Moskvada ləğv edilən “Çerkizov” bazarının ticarətçiləri bazarı bərpa etmək niyyətindədirlər. Lent.az-ın “RBK” agentliyinə istinadən verdiyi məlumata görə, iş adamları hakimiyyət orqanlarına Kaloşino sənaye zonasında 400 min kvadrat metr ərazidə topdansatış ticarət-loqistika kompleksi tikməyi təklif ediblər. Bu ərazi “Çerkizov” bazarının əvvəlki yerinin yaxınlığındadır.
Biznesmenlər bu layihəyə 1 milyard dollar qoymağa hazırdırlar. Amma Moskva hökuməti hələlik təklif soyuq yanaşıb.
“Çerkizov” Həmkarlar İttifaqı 400 nəfəri birləşdirir. Onlar bazarı yeni tikilən avtovağzal və dairə dəmir yolunun yaxınlığında 3-4 hektar sahədə bərpa etməyi təklif edirlər. Bu ərazi Moskvanın şərqində – ləğv edilmiş ticarət mərkəzinin yaxınlığında yerləşir. Biznesmenlər həmin ərazidə üçmərtəbəli ticarət mərkəzi tikilməsini istəyirlər. Mərkəz 10-20 kvadrat metrlik anbarı olan 20 min ticarət nöqtəsindən ibarət olmalıdır.
Mərkəz ancaq topdansatış baza kimi fəaliyyət göstərə bilər. Layihə 5-10 milyon adam üçün nəzərdə tutulub. Kompleksin yarısını rusiyalı iş adamlarına, ikinci yarısını isə Çin, Türkiyə, Vyetnam, Cənubi Koreya və digər ölkələrdən olan biznesmenlərə satılması nəzərdə tutulub.
Həmkarlar İttifaqında bildiriblər ki, hər şey pay formasında təşkil edilməlidir. Bu, dövriyyənin 90 faizin “yeyən” icarədən yayınmağa imkan verəcək. Onlar bunun üçün iri strukturların, məsələn “Çerkizov” bazarının keçmiş sahibi, həmyerlimiz Telman İsmayılovun “AST” qrupunun köməyindən imtina etmək istəyirlər.

753