Moskvada baş verən olaylar iğtişaş sayılmadı...
İstintaq Moskvanın “Manej” meydanında dekabrın 11-də baş verən olayı kütləvi iğtişaş saymayıb.
Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İstintaq Komitəsinin rəsmi təmsilçisi Vladimir Markin söyləyib.
O bildirib ki, mitinq iştirakçılarını yalnız iğtişaşa çağırış, milisə hücum və vətəndaşlara qarşı zorakılıqda günahlandırmaq olar. İğtişaşa çağırış isə milisin müdaxiləsi nəticəsində baş tutmayıb. “Manej” meydanında baş verənlər o halda kütləvi iğtişaş sayıla bilərmiş ki, razılaşdırılmamış mitinqin gedişində silah, yaxud partlayıcıdan istifadə olunsun, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərilsin, talan və yanğınlar törədilsin.
Xatırladaq ki, dekabrın 11-də Manej meydanında keçirilən və bir müddət əvvəl Kabardin-Balkar əsilli şəxsi tərəfindən öldürüldüyü bildirilən “Spartak” futbol klubunun azarkeşi Yeqor Sviridovun xatirəsinə həsr olunmuş aksiya etnik xarakter alıb. Aksiya iştirakçıları millətçi xarakterli şüarlar səsləndirib, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya gediblər. 40 nəfər, o cümlədən milis əməkdaşları yaralanıb. 7 nəfər xəstəxanada yerləşdirilib. 80 nəfər saxlanılıb, 22 cinayət işi açılıb.

Oxşar yazılar

Miqrantları təyyarəyə doldurub bura göndərəcəklər
10 iyul 2025 , 06:03
Texasda ölənlərin sayı 119 oldu
10 iyul 2025 , 03:48Daha bir diaspor rəhbəri Rusiyadan deportasiya olundu - YENİLƏNİB
9 iyul 2025 , 23:52Hər şey bir sillə ilə məhdudlaşmadı: Bricit Makron Emmanuelə hər şeyi sözsüz "başa saldı" - VİDEO
9 iyul 2025 , 19:21
Ermənistanda deputat həbs olundu
9 iyul 2025 , 19:04
Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29