Ərinin qadın olduğunu toydan 1 il sonra bildi
21 dekabr 2010 16:03 (UTC +04:00)

Ərinin qadın olduğunu toydan 1 il sonra bildi

Bu hadisə bir neçə gündür ki, Hindistanın gündəmini işğal edib.

Lent.az-ın “7sur7.be” portalına istinadla xəbərinə görə, 26 yaşlı qızın valideynləri bir məclisdə 28 yaşlı oğlanı görüb bəyəniblər. Qız da öz növbəsində ona ərə getməyə razı olub. Hind adətinə görə, bəy gəlinə avtomobil və bahalı əşyalar hədiyyə edib. Lakin...

Toy gecəsindən etibarən gəlin öz ərindən şübhələnməyə başlayıb. Belə ki, ər onunla təmasdan qaçıb və hər dəfə bir bəhanə gətirib. Gəlin bir dəfə də olsa ərini paltarsız görə bilməyib.

Nəhayət, bir-neçə gün əvvəl ər hamamda çimərkən arvad qapını açıb və gördüyü mənzərə qarşısında dəhşətə gəlib: “Qapını açdım və gördüm ki şübhələnməkdə haqlıyam. Hamamdakı kişi yox, qadın idi”.

Bu yerdə Məşədi İbadın məşhur sualı yerinə düşür: “Bu gəlini gətirəndə baxmazlar ki, bu kişidir, yoxsa arvad?”

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar