Berzovskidən Putinə 25 milyon dollar ittihamı
Lent.az-ın “The New Times” jurnalına istinadən verdiyi məlumata görə, Boris Berzovski deyib ki, 1999-cu ildə Vladimir Putinin xahişi ilə seçki kampaniyası ilə bağlı ona 25 milyon dollar verib.
Bois Berzovski bildirib ki, əgər Vladimir Putin həqiqətən onun oğurluq etdiyini düşünürsə, qoy onu həmin 25 milyon dollara görə töhmət etsin: “Əgər Vladimir Putinin seçki kampaniyası çirkli pullarla təşkil olunubsa, deməli, o, 2000-ci ildən saxta prezident olub”.
Qeyd edək ki, Vladimir Putin dekabrın 16-da birbaşa canlı yayımda tamaşaçıların suallarını cavablandırarkən müxalifət liderləri Vladimir Milov, Boris Nemtsov və Vladimir Rıjkovun 1990-cı illərdə Boris Berzovski ilə milyardlarla vəsait oğurladıqlarını söyləyib.

352