“Yataqda çox seksual və möhtəşəm idi...”
19 dekabr 2010 19:49 (UTC +04:00)

“Yataqda çox seksual və möhtəşəm idi...”

Bu ilin yayında ABŞ-da Rusiya lehinə casusluqda ittiham olunaraq saxlanılan və Vaşinqtonla Moskva arasında casus mübadiləsindən sonra azadlığa çıxan Anna Çapmanın çılpaq fotoşəkilləri yayımlanacaq. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, fotoşəkillər “Playboy” jurnalının gələn ilin yanvarında işıq üzü görən sayında çap olunacaq.

Bu fotoşəkillər Anna Çapman 19 yaşında birlikdə olduğu sevgilisi tərəfindən “Playboy” jurnalına satılıb. Fotoşəkillərdə seksual casus xanım çılpaq görüntülənir. Kəşfiyyat xidmətlərindən çəkindiyi üçün adını açıqlamayan gənc oğlan deyib ki, Anna Çapman 19 yaşında olmasına baxmayaraq, yataqda çox seksual möhtəşəm olub.

Qeyd edək ki, Anna Çapman siyasətə gəlməyə hazırlaşır və bu məqsədlə ötən həftə Vahid Rusiyanın Gənc Qvardiyası gənclər təşkilatının sıralarına qatılıb. Bu gənclər təşkilatı hökumətyönümlüdür. Anna Çapman bu təşkilatda gənclərin vətənpərvərlik tərbiyəsi ilə məşğul olacaq, eyni zamanda Rusiya dövlətçilik ənənələrini təbliğ edəcək.

Xatırladaq ki, oktyabrın 18-də Rusiya prezidenti Dmitri Medvedev ABŞ-dan qovulmuş rus casuslarını ali dövlət mükafatı ilə təltif edib və təntənəli mükafatlandırma mərasiminin Kremldə keçirilib. Mükafatlandırılanlar arasında seksuallığı ilə diqqət çəkən Anna Çapman da olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220

Oxşar yazılar