Amerikalı admiral: “Pentaqon İranı vurmağa hazırdır”
ABŞ ordusu qərargahı rəislərinin birləşmiş komitə başçısı Mayk Mallen ötən gün yenə İranla bağlı bəyanat verib. Onun sözlərinə görə, bölgədə savaş şəraiti yaradarsa, o zaman Pentaqon İrana hərbi zərbələr endirməyə tam hazırdır.
İsraildə çıxan “Haarets” qəzetinin yazdığına görə, Bəhreyn kralı ilə görüşdə amerikalı hərbçi körfəz dövlətləri başçılarını əmin edib ki, ABŞ oradakı ölkələrin təhlükəsizliyi ilə bağlı öhdəliyinə ciddi yanaşır. Məlumatda xatırladılıb ki, İrana yaxınlıqda yerləşən Bəhreyndə Amerikanın Yaxın Şərqdəki ən böyük Hərbi Dəniz Donanması bazası yerləşir.
Mallen etiraf edib ki, Tehran hakimiyyətini hazırda dünya və bölgə üçün “gerçək təhlükə mənbəyi olduğundan ABŞ da rahatsızlığını gizlətmir”.
Görüşdə iştirak edən ABŞ-ın Bəhreyndəki səfiri Adam Ereli də İranın nüvə proqramının “gerçəklikdən də artıq” olduğunu vurğulayaraq, qəti hərəkətə keçməyin vacibliyini söyləyib.
Mallen hərbi hazırlıqla bağlı konkret məlumat verməsə də, xatırladıb ki, ölkəsinin hərbi gəmiləri və təyyarələri davamlı surətdə İranının xəbərdarlıq etmədən hərbi əməliyyatlara başlayacağını izləyir. Bununla belə, amerikalı admiral təkrar olaraq, deyib ki, İranın nüvə obyektlərinə hərbi zərbələrin endirilməsini “gözlənilməyən olaylarla nəticələnə bilcəyi üçün pis qərar” sayır. Hərbçinin dediyinə görə, bütün bunlara baxmayaraq, ABŞ bu üsuldan “istifadə hüququnu özündə saxlayır”.
Qeyd edək ki, dekabrın əvvəlində admiral Mayk Mallen CNN-ə müsahibəsində bildirmişdi ki, Birləşmiş Ştatlar artıq kifayət qədər uzun müddətdir İranla bağlı problemin hərbi yolla həlli məsələsini nəzərdən keçirir.
Admiralın sözlərinə görə, danışıqlar aparmaq, problemi diplomatik yolla çözməyə səy göstərmək lazımdır, bununla yanaşı, gerçəklikdən, “İranın niyyətinin dəyərləndirilməsindən də aralanmaq olmaz”.
Mayk Mallen daha sonra bildirib: “İranın atom-nüvə proqramının dinc məqsədli olmasına inanmıram. Xüsusi xidmət orqanların əldə etdiyi məlumatlara əsasən, İran nüvə silahı yaratmaq niyyətindədir”.
Sədrəddin Soltan

339