Möttəki: “Əhmədinejadın addımı islam normalarına ziddir”
Lent.az-ın verdiyi məlumata görə, o, bunu “Mehr” agentliyinə açıqlamasında söyləyib.
Mənuçöhr Möttəki deyib ki, xarici ölkədə səfərdə olan naziri istefaya göndərmək ümumi qəbul olunmuş praktikaya ziddir, islam və diplomatiya normalarını pozur. O bildirib ki, səfərdən əvvəl prezident Mahmud Əhmədinejadla görüşsə də, istefaya göndərilməsindən xarici səfərinin başlamasından 1 gün sonra xəbər tutub. Mənuçöhr Möttəki şənbə günü yeni xarici işlər naziri Əli Əkbər Salehinin təqdimatı ilə bağlı təşkil olunan mərasim barədə də məlumatlandırılmayıb və ona görə də bu tədbirdə iştirak etməyib.
Qeyd edək ki, dekabrın 13-də prezident Mahmud Əhmədinejad xarici işlər naziri Mənuçöhr Möttəkini Seneqalda səfərdə olarkən istefaya göndərib və Əli Əkbər Salehini xarici işlər naziri təyin edib.

Oxşar yazılar

Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58