Telman İsmayılov işçilərinə maaş verməyə pul tapa bilmir!
Azərbaycan əsilli iş adamı Telman İsmayılov “Mardan Place” otelinin işçilərinə maaş verməyə pul tapa bilmir. Lent.az-ın “samanyoluhaber.com” saytına istinadən verdiyi məlumata görə, otel rəhbərliyi qış mövsümündə çalışmalı olan 890 nəfər işçini dekabrın 21-dən başlayaraq zorla məzuniyyətə göndərməyə başlayıb.
Məzuniyyətə getmək istəməyən işçilər dünən otelin maliyyə direktoru Özgür Yalçınkaya ilə görüşmək istəyiblər
Qeyd edək ki, Azərbaycan əsilli iş adamı Telman İsmayılov “Mardan Place” otelinin tikintisinə 1,4 milyard dollar, təkcə çəngəl-bıçağına 17 milyon dollar xərcləyib. Otelin açılışına Paris Hilton, Şeron Stoun, Maria Karey və Monica Bellucci kimi ulduzlar qatılıb. “Mardan Place” investisiya qoyuluşu ilə dünyanın ən lüks üçüncü oteli statusunda fəaliyyətə başlayıb. Ancaq oktyabr ayından bu yana “Mardan Place” elektrikə görə yaranmış borcunu ödəyə bilmir. Otelin 2,3 milyon dollar borcu var. Bu səbəbdən də dekabrın 20-də otelə elektrik enerjisi verilməsi dayandırılıb. Hazırda otelin elektrik enerjisi ilə təminatı generatorlar vasitəsi ilə təmin edilir.
Türkiyə qanunvericiliyinə görə, müəssisə işçilərini təhdidlə məzuniyyətə göndərirsə və borcunu ödəyə bilmirsə, onun üzərində həbs qoyulması barədə qərar çıxarılmalıdır.

Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14