Seksual casus gözəl siyasətə ilk uğurunu qazandı
22 dekabr 2010 16:46 (UTC +04:00)

Seksual casus gözəl siyasətə ilk uğurunu qazandı

Anna Çapman hökumətyönümlü təşkilatın İctimai Şurasının üzvü seçilib

Bu ilin yayında ABŞ-da Rusiya lehinə casusluqda ittiham olunaraq saxlanılan və Vaşinqtonla Moskva arasında casus mübadiləsindən sonra azadlığa çıxan Anna Çapman siyasətdə ilk addımını atıb. Lent.az-ın “fontanka.ru” saytına istinadən verdiyi məlumata görə, bu gün Anna Çapman Rusiyanın Gənc Qvardiyası Gənclər Təşkilatının İctimai Şurasının üzvü seçilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya mətbuatında Anna Çapmanın Rusiyanın Gənc Qvardiyası Gənclər Təşkilatının bu gün keçirilən konfransında təşkilatın İctimai Şurasının rəhbəri seçiləcəyi barədə xəbərlər yayılmışdı. Ancaq bu posta təşkilatın 36 yaşlı üzvü Aleksandr Borisov seçilib. Təşkilatın Koordinasiya Şurasının rəhbəri isə Dövlət Dumasının spikeri Boris Qrızlovun keçmiş mətbuat xidməti Timur Prokopenko seçilib. Bununla belə, seksual casus xanımın İctimai Şuranın üzvü seçilməsi də ilkin mərhələdə uğur sayılır.

Anna Çapman dekabrın 18-də Rusiyanın Gənc Qvardiyası Gənclər Təşkilatına üzv olub. Bu gənclər təşkilatı hökumətyönümlüdür və Anna Çapman bu təşkilatda gənclərin vətənpərvərlik tərbiyəsi ilə məşğul olacaq, eyni zamanda Rusiya dövlətçilik ənənələrini təbliğ edəcək.

Xatırladaq ki, oktyabrın 18-də Rusiya prezidenti Dmitri Medvedev ABŞ-dan qovulmuş rus casuslarını ali dövlət mükafatı ilə təltif edib və təntənəli mükafatlandırma mərasiminin Kremldə keçirilib. Mükafatlandırılanlar arasında seksuallığı ilə diqqət çəkən Anna Çapman da olub.


Anna Çapman elə həmin gün, oktyabrın 18-də tanınmış kişi jurnalı “Maksim”in rus versiyasının üz qabığı üçün də şəkillərini çəkdirib. Alt paltarda poza verən Anna Çapman jurnala açıqlamasında casusluq fəaliyyəti və eşq həyatından danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar