Rusiya Müftilər Şurasının rəhbəri hökuməti şoka saldı
18 dekabr 2010 12:35 (UTC +04:00)

Rusiya Müftilər Şurasının rəhbəri hökuməti şoka saldı

“Hökumət Moskvada antiislam siyasəti aparır, ruslar həmişə sərxoşdurlar...”

Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin hakimiyyəti ölkə ərazisində islamı boğmağa cəhd göstərməkdə günahlandırıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Tatarıstanın paytaxtı Kazanda jurnalistlərə açıqlama verən Rusiya Müftilər Şurasının rəhbəri deyib ki, dövlət həm də süni təşkilatlar yaradaraq müsəlmanların birləşməsinin qarşısını alır.

Ravil Qaynutdin az əvvəl yaradılan Rusiya İslam Həmrəyliyi Assosiasiyasına da münasibət bildirib: “Yenidən müsəlmanların inkişaf yolunda əks fəaliyyət göstərəcək cib müftiləri hazırlanır, onlar qışqıran gəlinciklər olacaqlar. Bu oyuncaqlar islamofob Qrişin (Rusiya prezidentinin dövlət orqanları ilə islam təşkilatlarının qarşılıqlı fəaliyyəti üzrə baş məsləhətçisi Aleksey Qrişin - red) kimi dövlətə işləyəcək, şübhəsiz ki, Rusiyada islamı boğmağa çalışacaqlar. Bu gün islam Rusiyada böyük amildir. Ona görə də islamın böyüməsinin qarşısını almağa çalışırlar. Buna artıq həyatda nail olmaq istəyirlər”.

Az əvvəl Moskvada baş verən qarşıdurmalara da toxunan Rusiya Müftilər Şurasının rəhbəri bəyan edib ki, 2 milyon insanın yaşadığı bu şəhərdə hökumət antiislam siyasəti aparır: “Müsəlmanlar məscid çatışmazlığına görə bayram namazlarını küçələrdə, tramvay yollarında, hətta kilsənin həyətində qılmaq məcburiyyətindədirlər. Bu yolla da müsəlmanlar alçaldılır, insanların hüquqları pozulmaqda davam edir”.

Ravil Qaynutdin onu da bildirib ki, Rusiyanın köklü əhalisi həmişə sərxoşdur, işləmir: “Müsəlman miqrantlar isə içki içmir, qayda-qanuna əməl edir, əməksevərdirlər. Əgər əmək haqqı alırlarsa, onu da ailələrinə göndərirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar