Dünyanın ən ağıllı iti 1022 söz bilir – FOTO
Lent.az-ın “Corriere della Sera” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Cənubi Karolina ştatındakı “Kaser” 1022 canlı heyvan və cansız əşyanın adını bilir və onları tanıyır.
Vofford Universitetində çalışan psixoloqlar Alliston Reid və John Pilley 6 yaşlı itə 3 il ərzində hər gün 4-5 saat təlim keçiblər. Hər dəfə “Kaser”ə fərqli bir şey göstərən psixoloqlar it onların adını əzbərləyənə qədər sözləri təkrarlayıblar. Təcrübənin sonunda “Kaser” nəinki həmin şeylərin adlarını öyrənib, eyni zamanda onların şəkillərini və formalarını da qavradığını ortaya qoyub. Bununla da ağıllı it 3 yaşlı uşağın əldə etdiyi nəticəyə bərabər nəticə əldə edib.
838 testdən keçirilən “Kaser”in qarşısında 20 canlı heyvan və cansız əşya arasında adı çəkilənləri tapmaq tapşırığı qoyulub. “Kaser” bu testlər zamanı 2-dən artıq səhv etməyib. Psixoloqlar itin sözləri xatırlama və ayırd etmə qabiliyyətinin olduğunu üzə çıxarıblar.
Bununla da “Kaser” dünyada ən zəngin söz ehtiyatına sahib heyvan olub. Bundan əvvəl bu sahədə rekord 200 kəlməbilən “Border Collie” cinsli “Rico” adlı itə məxsus olub. Arizona Universitetində təlim keçən “Alex” adlı tutuquşu da 100 sözdən istifadə edərək insanla danışa bilib.

Oxşar yazılar
Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55