Nyu-Yorkun taksi sürücüləri zirehli gödəkcə ilə işləyəcəklər
23 dekabr 2010 19:12 (UTC +04:00)

Nyu-Yorkun taksi sürücüləri zirehli gödəkcə ilə işləyəcəklər

Nyu-Yorkun təhlükəli rayonlarında işləyən sürücülərə zirehli gödəkcə paylanılacaq.


Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, belə bir təşəbbüslə Nyu-York Taksi Sürücüləri Federasiyası çıxış edib.


Polis təşəbbüsə dəstək verib. İlk növbədə Nyuk-Yorkun Bronks, Bruklin və Kvins kimi kriminal rayonlarında işləyən sürücülər zirehli gödəkcə ilə təmin olunacaq.


Nyu-York Taksi Sürücüləri Federasiyasının rəhbəri Fernanda Mateo deyib ki, hər il sürücülərə 300-ə qədər hücum olur. 2010-cu ilin iyunda isə Bronks rayonunda taksi sürücüsü güllələnib. Dekabrda isə Kvins rayonunda taksi sürücüsü ağır yaralanıb və soyulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar