“WikiLeaks” saytının qurucusu İsrailə 6 ay vaxt verdi
23 dekabr 2010 22:10 (UTC +04:00)

“WikiLeaks” saytının qurucusu İsrailə 6 ay vaxt verdi

“WikiLeaks” saytının qurucusu Culian Assanc İsrailin qanını qaraldıb.

Lent.az-ın verdiyi məlumata görə, dekabrın 22-də ‘Əl-Cəzirə” telekanalına müsahibə verən Culian Assanc indiyə qədər İsraillə bağlı məxfi diplomatik sənədlərin 2 faizini belə yayımlamadıqlarını söyləyib.

Sənədlərin WikiLeaks”lə İsrail arasında əldə edilmiş razılaşmaya görə indiyə qədər yayımlanmadığı yönündə iddiaları əsassız sayan Culian Assac bu sənədlərin “WikiLeaks” saytında yayımlanmasına hazır vəziyyətə gətirilməsi üçün üzərilərində 6 ay işləməyə ehtiyac olduğunu vurğulayıb: “Əlimizdə İsraillə bağlı 3 min 700 sənəd var. Bu sənədlərin 2 min 700 ədədi İsrail dövlət qurumlarından əldə edilib. Burada Suriyanın bir dövlət xadiminin nişançı tərəfindən sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı sənədlər də var. Eyni zamanda Dubayda öldürülən Mahmud əl Mabhuhla bağlı məsələyə də aydınlıq gətiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar