Erməni pornoulduz istəyinə çatmadı
Qondarma “erməni soyqırımı” layihəsi Nümayəndələr Palatasında müzakirəyə çıxarılmadı
Dekabrın 22-də qondarma “erməni soyqırımı” haqqında qanun layihəsi Nümayəndələr Palatasında müzakirəyə çıxarılmayıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, dünən ABŞ Nümayəndələr Palatasının payız sessiyası başa çatdığı üçün qanun layihəsinin gündəmə gəlmək ehtimalı da aradan qalxıb və Türkiyə-ABŞ münasibətlərində gərginliyə yol aça biləcək növbəti mərhələ arxada qalıb.
Qeyd edək ki, noyabr ayında keçirilən seçkilərdə respublikaçılar qalib gəlib və yeni ildə Nümayəndələr Palatasında respublikaçılar üstünlük təşkil edəcək. Beləliklə də, qondarma “erməni soyqırımı” layihəsinin Xarici Əlaqələr Komitəsində 1 səs fərqlə qəbul olunmasında əsas rol oynayan və layihənin Nümayəndələr Palatasının gündəminə gətirməyə çalışan Nümayəndələr Palatasının demokrat sədri Nensi Pelosi də artıq spiker postunu tutmayacaq.
Nümayəndələr Palatasının son iclaslarında məhz Nensi Pelosinin təşəbbüsü ilə qanun layihəsinin gündəmə salınması ehtimalı vardı və qanunverici orqanın aşağı palatasında demokratlar üstünlük təşkil etdiyi üçün onun qəbul edilmə ehtimalı da yüksək dəyərləndirilirdi. Ermənilər isə qanun layihəsinin Nümayəndələr Palatasının gündəliyinə salınmamasına hiddətləniblər. Bu gün Amerika Erməni Milli Komitəsi də bir açıqlama yayıb və Nensi Pelosinin qanun layihəsini gündəmə gətirməyi bacarmadığını bildirib.
Xatırladaq ki, bu dəfə qondarma “erməni soyqırımı” layihəsinin aktuallaşmasının səbəbi erməni pornoulduz Kim Kardaşyanın sosial şəbəkələrdə başlatdığı aksiya olub. Nensi Pelosinin internet ünvanı və telefon nömrəsini yayan pornoulduz qanun layihəsinin gündəmə gəlmiəsi üçün Nümayəndələr Palatasının sədrinə çoxsaylı müraciət edilməsini istəmişdi. Məsələnin gündəmə gəlməməsi üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamaya məktub yazmışdı.

Oxşar yazılar
Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55