Rusiyada müsəlman dini lider qətlə yetirildi
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Anas Pşixaçevi Yesenin küçəsində yerləşən evindən 2 naməlum şəxs çağırıb və ona 4 güllə atıblar.
Kabardin-Balkar Müsəlman Ruhani İdarəsinin 47 yaşlı sədri hadisə yerində keçinib.
Qeyd edək ki, dünən Anas Pşixaçev Moskva və Rusiyanın digər regionlarda millətçiliyin güclənməsi, iğtişaşların yayılmasına həsr olunmuş dəyirmi masada iştirak edib. Dəyirmi Masada Kabardin-Balkar ictimaiyyəti adından bu kimi hallara yol verilməməsi barədə çağırış edilib.
Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin təmsilçisi İsmayıl Berdiyev bildirib ki, Anas Pşixaçev bundan əvvəl ölümlə hədələnib. O, Şimal Qafqaz Federal Dairəsinin rəhbərinin köməkçisinin yanına gəlib və deyib ki, bir neçə nəfər qarşısına çıxıb və onun öldürülməsinə qərar verdiklərini söyləyib.
Artıq prezident Dmitri Medvedev müftinin ölümü ilə bağlı başsağlığı verib.

Oxşar yazılar

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26