Orijinal “Da Vinçi şifrəsi” tapıldı! - FOTO
14 dekabr 2010 19:55 (UTC +04:00)

Orijinal “Da Vinçi şifrəsi” tapıldı! - FOTO

Amerikalı yazıçı Dan Braunun dünya miqyasında 44 dilə çevrilən və 80 milyon ədəd satılan “Da Vinçi Şifrəsi” romanındakı iddialar gerçək olub. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, İtaliya Milli Mədəniyyət İrsi Komitəsi məşhur italyan rəssam Leonardo Da Vinçinin 500 il yaşı olan məşhur “Mona Liza” əsərini ekspertizadan keçirib.


Ekspertlər “Mona Liza”nın göz bəbəklərini örtən boyanın kiçik hərflər və rəqəmləri gizlədiyini ortaya çıxarıblar. “Mona Liza”nın sağ gözündə L və V hərfləri tapılıb, sol gözündə isə tam bəlli olmayan simvollar kəşf edilib. İtaliya Milli Mədəniyyət İrsi Komitəsinin rəhbəri Silvano Vincetti deyib ki, adi gözlə bu simvollar görünmür: ‘Mona Liza”nın sağ gözündə Leonardo Da Vinçinin adını və soyadının simvolu olan L və V hərfləri var. Sol gözündəki simvollar isə tam bəlli deyil. C və E, yaxud B hərfi ola bilər. Arxa planda isə 72 rəqəmi, ya da L və 2 hərfləri sezilir”.


Qeyd edək ki, 50 il əvvəl təsadüfən bir antik kitab satıcısından tapılan kitabda “Mona Liza”nın gözündə simvollar olduğu barədə yazılıb. Ekspertlərə görə, bu hərf və rəqəmlər gerçək “Da Vinçi Şifrəsi” ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410

Oxşar yazılar