Obamaya qəfil zərbə
14 dekabr 2010 17:45 (UTC +04:00)

Obamaya qəfil zərbə

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, məhkəmə prokuror Ken Kuçinellinin iddiası əsasında bu məsələyə baxıb və qərar çıxarıb.
Qeyd edək ki, Barak Obamanın daxili siyasətdə əsas layihəsi olan səhiyyə islahatlarına görə, 2014-cü ildən başlayaraq, ABŞ vətəndaşları ya tibbi sığorta ödəməli, yaxud cərimələnməlidir. Virciniya ştatının prokuroru Ken Kuçinelli hesab edir ki, federal hökumət belə addım atmaq hüququna malik deyil.

ABŞ Ədliyyə Nazirliyinin Virciniya Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəyi gözlənilir. Son sözü Ali Məhkəmə deyəcək.

Qeyd edək ki, ABŞ-da pulsuz tibbi xidmət yoxdur, həkimlərin xidməti müqabilində sığorta şirkətləri pul ödəyir. Bunun əvəzində sığorta şirkətləri insanlara illik tibbi sığorta təklif edir. Barak Obamanın təşəbbüsünün əsasında bu tibbi sığortanın dəyərini aşağı endirmək və hamı üçün tibbi xidmətə çıxışı təmin etməkdir. Qanun layihəsi sığorta şirkətlərinin ciddi narazılığına səbəb olub. Onlar hesab edir ki, bu halda gəlirlərinin əhəmiyyətli qismini itirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar