Portuqaliyanı qasırğa vurdu
08 dekabr 2010 10:46 (UTC +04:00)

Portuqaliyanı qasırğa vurdu

Portuqaliyanı bu gecə güclü külək və qasırğa ilə müşayiət olunan qasırğa vurub. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qasırğa daha çox paytaxt Lissabondan 50 kilometr şimal-şərqdə yerləşən Tomar şəhərinə ziyan vurub.

Qasırğa evlərin damını uçurub, ağacları kökündən çıxarıb, teleqraf dirəklərini qırıb. Ən azı 40 nəfər xəsarət alıb. Xəsarət alanların yarısı uşaqdır. 4 nəfərin vəziyyəti ağırdır.

Dəymiş ziyanın həcmi dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar