Qatil köpək balığı yenə üzə çıxdı
06 dekabr 2010 13:07 (UTC +04:00)

Qatil köpək balığı yenə üzə çıxdı

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yaşlı alman qadın sahildə çimirmiş.

Köpək balığı qadının sağ əlini və sağ ayağını qoparıb. Qadın köpək balığının hücumuna məruz qalan zaman qışqırsa da, sahildə heç kəs qorxusundan yardıma getməyib. Qadın həyatını itirib.

Yaşlı alman qadının cəsədini bir müddət sonra xilasedicilər dənizdən çıxarıblar.

Qeyd edək ki, Şarm-əl-Şeyx kurort mərkəzinin çimərliyi noyabrın 30-da köpək balığının hücumu ilə bağlı diqqət mərkəzinə gəlib. 2 gün ərzində 4 turist hücuma məruz qalıb. 3 ukraynalı köpək balığının hücumundan canlarını sağ qurtarsa da, dekabrın 2-də köpək balığı bir rus qadının bir əlini dirsəkdən qoparıb. Yaralı xəstəxanada yerləşdirilib, kurort isə müvəqqəti bağlanılıb. Dekabrın 4-də Misir hakimiyyəti çimərlikdə insanlara hücum çəkən köpək balığının yaxalandığını bildirmişdi və çimərlik yenidən açılmışdı. Ancaq görünür ki, köpək balığı tək deyilmiş...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091

Oxşar yazılar