
«Şeytan ayələri» iranlı ailəyə problem yaradıb
Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, bu ailə 3 il öncə İrandan qaçıb. Onlar İslam Respublikasından qaçmalarını polisin evlərində Salman Rüştünün «Şeytan ayələri» kitabını aşkarlaması ilə əsaslandırmışdılar.
Məlum olduğu kimi, bu kitabın müəllifi haqda ayətullah Xomeyni ölüm fitvası vermişdi. Xomeyni dünyasını dəyişəndən sonra da hökm qüvvəsində qalmaqdadır. Odur ki, kitab İranda yasaqlanıb. Bu kitab kimin evində aşkarlanarsa, onu edam gözləyir.
Sadiqilər ailəsi Britaniyada siyasi sığınacaq almaq məqsədi ilə 3 il yaşayıb. Ancaq sərhəd xidməti agentliyinin apardığı araşdırmaya əsasən, Sadiqilər ailəsi «İrandan çıxmalarının səbəbi ilə bağlı yalan danışıblar». İcmalar palatasının 11, lordların isə 8 deputatı onları bağışlayaraq, Sadiqilərə qaçqın statusunun verilməsini dəstəkləsə də mühacirlər məhkəməsi ailənin deportasiyası haqda qərar qəbul edib.
Sədrəddin Soltan
Oxşar yazılar

Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15