Qadın hamamına kişi düşdü: 3 yaralı
Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, dekabrın 2-də Fatma Erdem və qızı Serve Kayserinin Melikgazi rayonunun Hunat məhəlləsində yerləşən Hunat hamamında çimməyə gəliblər.
Bu zaman hamam bacalarını təmizləmək işi ilə məşğul olan Musa Aslan və Mustafa Mazıcı hamamın bacasını təmizləmək üçün dama çıxıblar.
Nərdivan çıxaraq bacanı təmizləməyə başlayan Musa Aslan qəfil müvazinətini itirib və 7 metr hündürlüyü olan bacadan hamamın içinə düşüb. O, yerə düşərkən hamamı işıqlandıran böyük şüşə lampaları da sındırıb. Musa Aslan ağır yaralanıb. Fatma Erdem və qızı Merve də şüşə qırıqlarından yaralanıblar. Hər 3 yaralı xəstəxanada yerləşdirilib.
Mustafa Mazıcı deyib ki, Musa usta nərdivanla bacanı təmizləmək üçün çıxdığı vaxt müvazinətini itirib və yıxılıb. Onun sözlərinə görə, bacanın daşları da çürük olduğu üçün usta qadın hamamına düşüb.
Araşdırma aparılır.

762