Misir müxalifəti parlamentdən kənarda qaldı
Misirdə prezident Hüsnü Mübarəkin rəhbərlik etdiyi Milli Demokrat Partiyası noyabrın 28-də parlamentə keçirilən seçkinin birinci turunda 508 üzvü olan qanunverici orqanda 209 yer qazanıb. Lent.az-ın “Aassociated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Milli Demokrat Partiyası dekabrın 5-də keçiriləcək ikinci turunda da qalan yerlərin əksəriyyətini qazanmaq niyyətindədir.
Müxalifətdə olan və 2005-ci ilin parlament seçkilərində 88 mandat qazanmış “Müsəlman Qardaşları” dini-siyasi assosiasiyası isə bu dəfə birinci turda bir yer belə qazana bilməyib. “Müsəlman Qardaşları” hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edib. Mərkəzi Seçki Komissiyası isə bülletenlərin yalnız 1,4 faizini, yəni 90 min səsi etibarsız sayıb.
Seçkilərdə seçicilərin 35 faizi iştirak edib.

Oxşar yazılar

İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39