İranda məşhur futbolçunun həyat yoldaşını öldürən qadın edam olundu
01 dekabr 2010 14:25 (UTC +04:00)

İranda məşhur futbolçunun həyat yoldaşını öldürən qadın edam olundu

Lent.az-ın “Payvand” agentliyinə istinadən verdiyi məlumata görə, qadın məşhur futbolçu və məşqçi Naser Məhəmməd Caninin həyat yoldaşını qətlə yetirməkdə günahkar sayılıb.

Cinayətkarı dekabrın 1-də səhər saat 5:00-da Tehrandakı Evin türməsində edam ediblər.

Şəhla Cahed Naser Məhəmməd Caninin həyat yoldaşı olmuş Leyla Səhərxizanı 2002-ci ildə haqq-hesab çəkib. O, qadını bıçaqlayıb öldürüb. Lakin hüquq müdafiəçiləri bu işdə Şahlı Cahidin günahının olduğuna şübhə edirlər.

Şəhla Cahed Naser Məhəmməd Canilə müvəqqəti nikahda (siğə) olub. İran qanunvericiliyinə əsasən, kişi və qadın o halda müvəqqəti nikaha girə bilərlər ki, kişi iki qadın saxlamağa hazır olsun. Sonra isə nikah müqaviləsini uzatmaq olar. Hər kişi 4 daimi həyat yoldaşı və istənilən qədər müvəqqəti qadın saxlaya bilər. Əvəzində qadınlar eyni vaxtda yalnız bir kişi ilə nikaha girə bilərlər.

Şəhla Cahed tutulduqdan 11 ay sonra cinayət törətdiyini boynuna alıb. Lakin o, məhkəmədə əvvəlki ifadələrindən imtina edib. Hüquq müdafiəçilərinin fikrincə, bir nəfərlik kamerada olduğu vaxt qətli onun boynuna qoyublar. Şəhla Cahedi 2004-cü ilin iyununda mühakimə ediblər. Lakin sonradan onun işinə dəfələrlə baxılıb. Bununla belə, ilkin qərar qüvvədə saxlanılıb. İttiham olunanın vəkili hökmün icrasını təxirə saldırmağa müvəffəq olub. O, hökmü məhkəmə sisteminin əvvəlki rəhbəri ayətulla Şahrudinin üstünə göndərib. Lakin sonradan onu ayətulla Sadeq Laricani əvəz edib. Laricani edam hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, Naser Məhəmməd Cani 1980-ci illərin məşhur futbolçusu olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar