İran prezidenti etiraf etdi
Lent.az-ın «Frans Press»ə istinadən məlumatına görə, prezident deyib: «Onlar kompyuter proqramlarının elektron sisteminə virus buraxmaqla bizim bir neə sentrafuqmızda problem yarada bilmişdilər. Onlar axmaqcasına davranıblar. Xoşbəxtlikdən mütəxəssisəlrimiz bunu aşkarlaya bilib. Bir daha onlar bunu edə bilməyəcək».
Mənbənin bildirdiyinə görə, İran prezidenti bir neçə dəfə «virus» sözünü təkrarlayıb.
İki həftə öncə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məruzəsində bildirilmişdi ki, İranın Nətənzdəki nüvə obyektində uranın zənginləşdirilməsindən problem yaranıb və «obyekt bir sutka işləməyib».
Sentyabrda isə Buşəhr AES-dəki kompüterlərin virusa «yoluxması» haqda xəbərlər yayılmışdı.
Dünyanın çeşidli mütəxəssisləri İslam Respublikasının bu sayaq «xəstəliyə qarşı» uyğun proqramlarının olmadığını əsas göstərərək, Tehranın bunun öhdəsindən gələ bilməyəcəyini deyirdilər.
Hadisə baş verən kimi İranın xüsusi xidmət orqanları İsrail «Mossad»ını suçladı. Ancaq bu dəfə Buşhər AES-dəki kompüterlərin «yoluxması»nda yəhudilərin üzərindən şübhə götürülüb. Stansiyada çalışan rusiyalı mütəxəssislərdən, eləcə də amerikalı hakerlərin ünvanına deyinməyin, şübhələnməyin əbəs olduğu meydana çıxıb.
Almaniyanın nəhəng «Siemens Systems» şirkətinin mühəndisi bəyan edib ki, kompüter «qurdunun», özəlliklə İranın nüvə reaktorundakı kompüterlərə virusun yerləşdirilməsinin arxasında onun əməkdaşları durur. Bununla yanaşı şirkət baş verən olayın qəsdən törədilmədiyini vurğulayıb.
Almaniyada çıxan «Sueddeutsche Zeitung» qəzetinin yadığına əsasən, son ay ərzində «Siemens» texnologiyasından istifadə edən azı 15 şirkət, o cümlədən elektrostansiya, kimyəvi zavod və başqa sənaye müəssisəsi kompüterlərində Buşhər AES-dəki virusdan aşkarlandığını bildirib.
«Siemens» mütəxəssislərinin sözlərinə görə, virus o dərəcədə də təhlükəli deyil. Onlar virusu təcrid edərək, araşdırma aparacaqlarını da bəyan ediblər. «Hələlik bu istiqamətdə araşdırma nəticə verməyib Virusun yaradıcıları və məqsəd də hələ bəlli deyil» - deyə, şirkətin təmsilçiləri söyləyib.
Mütəxəssislər hesab edir ki, «Stuxnet» virusu «ilk kibernetik super-silahdır». Çünki o, kompüterlərə sirayət edərək, sənaye mərkəzlərindəki maşınları, həyatı vacib sistemləri darmadağın etmək qabiliyyətinə malikdir.
Sədrəddin Soltan

523