Çin: ABŞ hərbi qüvvələri Sarı dənizə gəlməsin
26 noyabr 2010 17:15 (UTC +04:00)

Çin: ABŞ hərbi qüvvələri Sarı dənizə gəlməsin

Çin özü üçün iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyan Sarı dənizdə onun razılığı olmadan xarici dövlətlərin hərbi fəaliyyətlə məşğul olmasına qarşıdır. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu, Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda yer alıb.

Çin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xun Leya bəyanatı şərh edərək deyib ki, söhbət ABŞ-ın noyabrın 28-dən başlayaraq dekabrın 1-dək Cənubi Koreya ilə birlikdə keçirməyi planlaşdırdığı hərbi təlimdən gedir.

O bildirib ki, hazırda Koreya yarımadasında vəziyyət çox mürəkkəb və həssasdır, tərəflər səbirli və soyuqqanlı olmalı, gərginliyin azaldılması istiqamətində addımlar atmalıdırlar: “Əks addımlar atmaq olmaz”.

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət Şimali Koreyanın Sarı dənizdəki Yonpxyenda adasını artilleriya atəşinə tutmasından sonra gərginləşib. Cənubi Koreya adanın Şimali Koreya tərəfindən artilleriya atəşinə tutulması nəticəsində 4 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını bildirib. Cənubi Koreya cavab atəşi açıb. Noyabrın 28-də isə Sarı dənizdə ABŞ-ın “Corc Vaşinqton” təyyarədaşıyan gəmisinin iştirakı ilə birgə hərbi təlimlər başlayacaq. Şimali Koreya da ABŞ hərbçilərinin dəniz sərhədlərinin dəqiqləşmədiyi bir məkanda hərbi təlimlərdə iştirak etməsinin müharibəyə yol açacağı barədə xəbərdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar