Övladı üçün ölümə atılan ata və ana
Lent.az-ın “The Daily Mail”ə istinadən verdiyi məlumata görə. Hadisə ABŞ-ın Kanzas şəhərində baş verib. İnsident təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
24 yaşlı Melani Riçman və onun 22 yaşlı həyat yoldaşı Aaron 3 uşaqları və qohumları ilə birgə Koloradodan Missuriyə köçürmüşlər. Kanzasdan keçən zaman avtomobilə yanacaq doldurmaq üçün qısa müddətə dayanıblar.
Yanacaqdoldurma məntəqəsindən aralanandan sonra valideynlər 1999-cu il buraxılışlı “Pontiac Grand Am” avtomobilini qısa müddətə saxlayıblar. Bu zaman avtomobil işlək vəziyyətdə olub, 6 aylıq körpə isə arxa oturacağa qoyulub. Valideynlər digər avtomobildə gedən qohumları ilə danışmaq üçün bir neçə metr aralıya çəkiliblər. Həmin avtomobildə isə onların digər 2 uşağı və Melaninin anası gedirmiş.
Melani və Aaron kənara çəkilən zaman naməlum şəxs onların maşınına oturaraq avtomobili qaçırıb. Valideynlər düşünmədən uşağı xilas etməyə atılıblar.
Melani dirsəyilə kabinənin şüşəsini sındırıb və içəriyə girməyə cəhd edib. Avtomobil onu bir neçə metr sürüyəndən sonra Melani yıxılıb. Amma Aaron axıra qədər də maşından sallanıb və içəriyə daxil olub. O, cinayətkarı vurmağa başlayıb və maşında uşaq olduğunu qışqırıb.
Özünü itirən cinasyətkar idarəetməni itirib və hansısa maneəyə dəyərək dayanıb. O, maşından atılaraq qaçıb. Hazırda cinayətkar polis tərəfindən axtarılır.
Avtomobilin şüşəsinin sındırılması nəticəsində şüşə qırıqları uşağın üzərinə tökülsə də, ona heç nə olmayıb. Valideynlərin isə əlləri kəsilib, onlar bir neçə yerdən zədə alıblar.
Detektiv Kristin Kinçelou bildirib ki, bəzən polis işçiləri dəyənəklə belə maşının şüşəsini sındırmağa çətinlik çəkirlər: “Bu halda isə qadın dirsəyi ilə bunu edə bilib”. Adətən valideynləri cinayətkarları izləməməyə, bunu polisin öhdəsinə buraxmağa çağıran Kinçelou Melani və Aaronu əsl qəhrəman adlandırıb.

746