Ohanyandan qəribə əmr: əsgərlərin telefon zənglərinə nəzarət!
Lent.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu günlərdə müdafiə naziri Seyran Ohanyan tərəfindən əsgərlərin xidmət dövründə ailələri ilə sərbəst danışmasını məhdudlaşdıran xüsusi əmr imzalanıb. Ohanyanın imzaladığı əmrlə orduda xidmət edən əsgərlər və çavuşlar müstəqil şəkildə mobil telefondan istifadə edib ailələri ilə danışa bilməzlər. Müdafiə nazirinin yazılı göstərişinə əsasən əsgərlər müəyyənləşdirilmiş vaxtda yalnız öz komandirlərinin istifadəsində olan telefondan doğmalarına zəng etmək üçün istifadə edə bilər.
S.Ohanyanın əmri ilə eyni zamanda Ermənistan Müdafiə Nazirliyi ilə bu ölkənin mobil rabitə sektorunda fəaliyyət göstərən «VivaCel-MTS» şirkəti arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən mobil operator hərbçilər üçün xüsusi tarif planı təqdim edəcək. Hansı ki, bu tarif planından istifadə edən hərbçilər zənglərə görə ödəniş aparmayacaqlar. Əsasən zabit və gizirlərin istifadə edəcəyi bu tarif planına əsasən zəngi qəbul edən tərəf danışığın haqqını ödəməli olacaq. Bunun üçün zəng edilən tərəfə öncədən xəbərdarlıq olunacaq.
Ermənistan Müdafiə Nazirliyi bu əmrin «hərbi qulluqçuların problemlərinin həllinə yönəldiyini» iddia etsə də artıq İrəvanda fəaliyyət göstərən hərbi yönümlü QHT-lər və hüquq müdafiəçiləri buna qarşı çıxırlar. Ermənistan «Əsgər Anaları» Cəmiyyəti bunun insan azadlığına qarşı yönəldiyini, Müdafiə Nazirliyinin isə bu metoddan istifadə etməklə ordudakı problemləri ictimaiyyətdən gizlətmək istədiyini iddia edib.
Hüquq müdafiəçiləri isə güzəştli tarif planının müsbət imicə malik olmayan, 2008-ci ildə bir sıra müxalifət liderlərinin telefon danışıqlarının izlənməsinə imkan yaradan «VivaCel-MTS» tərəfindən tətbiqinin yaxşı heç nə vəd etmədiyini düşünürlər.
Qeyd edək ki, son zamanlar Ermənistan mətbuatında ölkə ərazisində və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi birləşmələrdə baş verən çoxlu sayda neqativ hallar yer almaqdadır. Bu cür halların sayının artması, əsgərlərin bir birlərinə qarşı zorakı münasibətləri, əsgər ölümləri, zabitlərin rüşvət istəməsi, zabitlər tərəfindən tabeliklərində olanların incidilməsinə dair çoxsaylı faktlar Ermənistan hüquq-mühafizə təşkilatları tərəfindən hazırlanan hesabatlarda da yer alıb. Son 1 ildə Ermənistan ordusunda baş verən hadisələrlə bağlı mobil telefon vasitəsi ilə çəkilmiş 15-ə yaxın foto və videokadr internet üzərindən yayımlanıb və ya hüquq mühafizə orqanlarının əlinə keçib. Son belə faktlar İrəvan qarnizonuna daxil olan hərbi hissələrdən birinin yüksək rütbəli zabitlərinin əsgəri və çavuşu döyərək ondan pul alması olub. Faktla bağlı həmin zabitlərin həbs edilməsinə etiraz edən Baş Qərargahın rəisi Yuri Xaçaturovun oğlu da istefa ərizəsi yazıb.
Rəşad

Oxşar yazılar

Bu ölkədə məhkumlar həbsxanada qalmaq üçün pul ödəyəcəklər
1 may 2025 , 14:40
82 yaşlı qadın rekordlar kitabına düşdü
1 may 2025 , 14:26
Özempik iynəsi ilə arıqladı, gözləri kor oldu
1 may 2025 , 12:06SON DƏQİQƏ: ABŞ və Ukrayna təbii sərvətlərlə bağlı müqavilə imzaladı
1 may 2025 , 02:26
Təyyarə ilanlara görə məcburi endi - Səmada ÇAXNAŞMA
30 aprel 2025 , 14:36
Müəllim 12 yaşlı şagirddən uşaq doğdu
30 aprel 2025 , 12:48
Avtomobil nömrəsi 2 milyon dollardan baha satıldı
30 aprel 2025 , 12:34