Türkiyədə siqareti tərgidən deputatlara sertifikat verilib
Lent.az-ın Türkiyə Böyük Millət Məclisinin (TBMM) veb-saytına istinadən verdiyi məlumata görə, ötən gün TBMM-də parlamentin Sağlamlıq, Ailə, İş və İctimai İşlər Komissiyasının rəhbərliyi və Türk Toraks Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə siqareti atan 15 millət vəkilinə bu addımlarına görə sertifikatlar təqdim olunub. Millət vəkilləri həmçinin tədbirin keçirildiyi salonda nəfəsin ölçülməsi testlərindən keçiriliblər.
Tədbirdə danışan TBMM Sağlamlıq, Ailə, İş və İctimai İşlər Komissiyasının sədri Cövdət Erdöl siqaret qadağası ilə əlaqədar Məclisdə əhəmiyyətli işlərin həyata keçirildiyini və qadağaların tətbiq olunduğunu vurğulayıb. Səhiyyə Nazirliyinin şöbə müdiri Seracəddin Çom isə İstanbulda 10 xəstəxananın statistikalarına istinad edərək ağciyər narahatlığı ilə əlaqədar şikayətlə təcili xidmətlərə müraciət edənlərin sayında azalma olduğunu deyib. Nazirlik nümayəndəsi nəticədə, bu xəstəliklərə bağlı olaraq 2 milyon 900 min lirəlik dərman qənaət olunduğunu bildirib.
Rəşad

841